www.nice.az > Xəbərlər > Bakiyev istefa ərizəsini yazdı
Bakiyev istefa ərizəsini yazdı16 aprel 2010. Müəllif: XP |
![]() Qırğızıstan prezidenti Kurmanbek Bakiyev istefaya gedib. Bu haqda onun imzaladağı bəyanatda bildirilir. Bakiyev həmçinin bir daha ölkəyə dönməyəcəyini bəyan edib. Bu barədə məlumatı Qırğızıstanda müvəqqəti hökumətin başçısı Roza Otunbayevanın qərargah rəhbəri Edil Baysalov bildirib. Qeyd edək ki, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Qazaxıstanın Taraz şəhərinə gedib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Bakiyevin Qazaxıstana səfərinin məqsədi ölkə prezidenti Nursultan Nazarbayevlə görüşməkdir. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Taraza getməzdən öncə qeyd etmişdi ki, Belarus hökumətindən ona siyasi sığınacaq təklif olunub, lakin o bu təklifdən imtina edib: “Belarus hökuməti mənə siyasi sığınacaq təklif etsə də, bu təklifdən imtina etdim. Mən yox cavabı verdimâ€. Xatırladaq ki, Qırğızıstanda kütləvi iğtişaşlar aprelin 6-da başlayıb və tezliklə bütün ölkə ərazisini əhatə edib. Müxalifət tərəfdarları ilə asayiş keşikçiləri arasında baş verən toqquşma zamanı 84 nəfər həlak olub, 1500- nəfər isə yaralanıb. //ANS Press |