www.nice.az > Xəbərlər > Çimərlikdə krem sürtən axtarılır
Çimərlikdə krem sürtən axtarılır14 aprel 2010. Müəllif: krik |
Fransada işə düzələcək işçilərə 10 min avro maaş veriləcək Fransanın Sables-d Olonne şəhərinqə qeyri-adi iş elanı verilib. Yeni işçilər Atlantik Okeanı sahilində yerləşən turizm şəhərciyində çimərlikdə dincələnlərin bədəninə krem sürtəcəklər. İş elanını Günəş əleyhinə krem istehsalına başlayan şirkətlərdən biri verib. Mövsümi işə iki nəfər düzələcək. Çimərlikdəki qadınlara krem sürtəcək işçilərin hərəsinə iyul-avqust ayları üçün 10 min avro maaş veriləcək. Dünyanın ən gözəl işi üçün namizədlərin fransız olması vacib deyil. Onların azda olsa, fransız dilini bilməsi kifayətdir. İşə girmək istəyənlər may ayının 26-na kimi müraciət edə bilərlər. Namizədlərin arasından xarici görünüşü gözəl olan, gülərüz, ünsiyyətcil 2 nəfər seçiləcək. |