www.nice.az > Xəbərlər > “Kurtlar vadisi”ndə hansı müğənnimiz çəkiləcək?

“Kurtlar vadisi”ndə hansı müğənnimiz çəkiləcək?


28 mart 2010. Müəllif: saki_18
“Kurtlar vadisi”ndə hansı müğənnimiz çəkiləcək?

Ötən həftə “Kurtlar vadisi” filminin yaradıcı heyəti Azərbaycana gəlməklə təkcə sıravi vətəndaşları deyil, bütün medianı ayağa qaldırdı. Maraqlıdır ki, türk serialının yaradıcı komandası bu səfərlərində gizlilik prinsipinə daha çox əməl etdilər.

ANS PRESS-in məlumatına görə, müğənni Samir Dərgah “Kurtlar vadisi” filmində çəkiləcək. Belə ki, Polad Alemdar obrazını canlandıran Necati Şaşmaz və komandasının Qəbələdə olduqları bir neçə gün ərzində Samir Dərgahdan başqa heç bir müğənni onlarla görüşə bilməyib. Məlumata görə, “Kurtlar vadisi”nin ssenari müəllifi özü Samir Dərgaha filmdə çəkilmək təklifi edib. ATV telekanalı həmin görüşü lentə alsa da, Raci Şaşmaz görüşün efirdə yayımlanmasını istəməyib.

Qeyd edək ki, Samir Dərgahla əlaqə saxlayıb, münasibət öyrənmək istəsək də müğənni bu barədə hələ bir söz danışmaq istəmədiyini bildirdi.