www.nice.az > Xəbərlər > 6 yaşlı uşağın 20 yox, 31 barmağı var

6 yaşlı uşağın 20 yox, 31 barmağı var


24 mart 2010. Müəllif: saki_18
6 yaşlı uşağın 20 yox, 31 barmağı var

Çinin Lianinq şəhərinin Şenyanq qəsəbəsində əllərində 15, ayaqlarında isə 16 barmağı olan uşaq xəstəxanaya yerləşdirilib. Onun barmaqlarının sayının çoxluğu genetik pozğunluqla əlaqələndirilir.

6 yaşlı uşağın artıq barmaqlarının cərrahi əməliyyatla götürülməsi planlaşdırılır. Əl barmaqlarının bəzilərinin bir-birinə bitişik olsa da, ayaq barmaqları aralıdır. Onun barmaqlarının sayının azaldılması nəzərdə tutulsa da, bunun bəzi problemlərə səbəb ola biləcəyi ehtimal olunur.