www.nice.az > Xəbərlər > Tələbələrin mitinqi + Fotolar
Tələbələrin mitinqi + Fotolar2 may 2009. Müəllif: M1rZ3 |
Minlərlə gənc “Terrora yox!â€, “Korrupsiyaya yox!†şüarları səsləndirir. Neft Akademiyasının binasından nümayişçilər Musiqi Akademiyası tərəfə hərəkət ediblər, lakin polis dəstələri tərəfindən dayandırılıblar. Saat 13.30 radələrində tələbələr Neft Akademiyası və “Atabankâ€ın binası arasındakı ərazidə blokadaya alınıb. Bakı Şəhər Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tələbələrlə söhbət edib və onları nümayiş keçirməməyi nəsihət edib, lakin tələbələr bundan imtina ediblər və vağzal yaxınlığındakı meydana - Cəfər Cabbarlının heykəli tərəfə hərəkət ediblər. Tələbələr bildiriblər ki, əgər matəm elan etmək tələbləri yerinə yetirilməsə, onlar yenidən yığışacaqlar və daha kütləvi aksiya keçirəcəklər. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |