www.nice.az > Xəbərlər > Bir nəfər şübhəli şəxs saxlanılıb
Bir nəfər şübhəli şəxs saxlanılıb1 may 2009. Müəllif: M1rZ3 |
![]() Dövlət Neft Akademiyasına silahlı basqınla bağlı bu gün bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANSPRESS-ə verdiyi məlumata görə, bu, Gürcüstan vətəndaşı Nadir Şirxan oğlu Əliyevdir. O, cinayəti törədərək özünə güllələyən Fərda Qədirovun həmkəndlisidir və onunla yaxın münasibətlərdə olub. N. Əliyev ətrafında əməliyyat istintaq tədbirləri hyata keçilir. Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü öldürüb. Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov†tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. ![]() Dövlət Neft Akademiyasına silahlı basqın etdiyi bildirilən Fərda Qədirov - FOTO Bu, onun ölümündən sonra çəkilmiş şəklidir ANSPRESS aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın etdiyi bildirilən Fərda Qədirovun fotosunu əlddə edib. Bu, onun ölümündən sonra çəkilmiş şəklidir. Xatırladaq ki, F. Qədirovun Gürcüstan vətəndaşı olduğu təsdiqlənib. Marneuli rayonunun Daştəpə kənd icra nümayəndəsi Vidadi Həsənov ANS-ə verdiyi eksklüziv açıqlamada bildirib ki, o, bir ay əvvəl Rusiyadan Daştəpə kəndinə gəlib və bu müddət ərzində evdən bayıra çıxmayıb. “Fərda Qədirov Marneuli rayonunun Daştəpə kəndində doğulub. Orta təhsillidir. Təxminən 15 il valideynləri ilə birlikdə Rusiyada yaşayıb. Hal-hazırda biz onların evinin yanındayıq. Evləri bağlıdır. Təxminən bir neçə ay bundan əvvəl camaatı görmək və ya evlərinə baş çəkmək üçün Rusiyadan kəndə gəlib və Azərbaycana gedib. Deyilənlərə görə, kimsə onu iş düzəldəcəyinə dair söz verib". İcra nümayəndəsi onun ziyalı ailəsində böyüdüyünü qeyd edib. "Atası müəllim, anası evdar qadın olub. Hazırda valideynləri Rusiyanın Podolsk şəhərindədirlər. Onun kənddə heç kimi yoxdur. Demək olar ki, əmisi, dayısı hamısı Rusiyadadırlar". Vidadi Həsənovun sözlərinə görə, F.Qədirovun əmisi xeyriyyəçidir və kənddə məscid tikdirib. "Yaxşı tanınmış kökdəndirlər. Bibisi kənddə yaşayır. Amma onunla əlaqələri yoxdur. Yəni o qadından da elə bir şey öyrənmək mümkün deyil. Gürcüstan vətəndaşıdır. Hal hazırda bizdə qeydiyyatı var. Bu uşaq həmişə ev şəraitində olub. Başqaları kimi çölə bayıra çıxmaz, heç kimə qarışmaz, futbol və s. oynamaz, insanlarla söhbət etməzdi. Onun xarakterində qəribəlik vardı. Bütün günü, sadəcə çörək almağa çıxıb sonra evdə oturmaq mükün deyil axı. Bir ay burda olub, sadəcə çörək almaq üçün bayıra çıxıb. Biz hal hazırda şəklini əldə etməyə çalışırıq. Bu hələlik mümkün olmayıb. Artıq orta məktəb yoldaşları ilə əlaqə yaradıb şəklini əldə etməyə çalışacağıq". Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü öldürüb. Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov†tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir. ![]() Fərda Qədirovun Bakıya gətirilməkdə olan atası bu şəxsin həqiqətən də oğlu olmasını təsdiq etməlidir! Bu, odur - dünən Neft Akademiyasında qırğın törədərək 13 adamı qətlə yetirən, daha 13 adamı yaralayan terrorçu Fərda Qədirov. Bu, onun həyatını itirəndən sonra çəkilmiş şəklidir. Qədirovun üstündə tapılan şəxsiyyət vəsiqəsindəki şəkli bu şəkil ilə eyniyyət təşkil edir. Bu, o deməkdir ki, terror aktını törədən və axırda özünü öldürən şəxs həqiqətən də Fərda Əsəd oğlu Qədirovdur. Hazırda onun atasının hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirildiyi bildirilir. Əsəd Qədirovun ilk işi oğlunun meyitinə baxış keçirərək, onun həqiqətən də Fərda olduğunu təsdiq etmək olacaq. Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan Gürcüstan vətəndaşı, Marneuli rayonu Daştəpə kənd sakini Nadir Əliyev istintaqda dindirilib. Bakı Şəhər Prokurorluğundakı mənbədən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan şəxs ifadəsində Fərda Qədirovla bir evdə kirayə yaşadığını və onunla həmyerli olduğunu deyib. N. Əliyevin sözlərinə görə, F.Qədirov hadisəni törətməmişdən əvvəl bir-iki günə bütün dünyanın ondan danışacağını deyib. F. Qədirovda silah gördüyünü deyən N. Əliyev qeyd edib ki, o, həmin silahla Gürcüstandakı həmyerlisi Hacıəhmədi öldürəcəyini söyləyib. "Fərda evdə bütün günü musiqiyə qulaq asır və məşq edirdi" Akademiyada kütləvi qətl törədən Fərda Qədirovun qonşusu ANS-ə açıqlamasında belə deyib "Fərda çox sakit adam idi. O evdən çölə çıxmır, bütün günü evdə musiqi dinləyir və idmanla məşğul olurdu". Bu barədə məlumatı ANS-in Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində olan müxbirinə Azərbaycan Dövlət Neft Akademiyasında 13 nəfərin ölümü ilə nəticələnən silahlı basqını törətdiyi bildirilən Fərda Qədirovun qonşusu Fərman Nəbiyev verib. Onun sözlərinə görə, Fərda Qədirov təxminən ay yarım qabaq Bakıya dincəlməyə getdiyini deyərək, kənddən çıxıb. Bakıya gələndə isə evlərinin açırını qonşuların təhvil verib. "Amma onun xarakterinə görə, heç bir qonşu ilə mənfi söz söhbəti olmayıb. Sakit, səssiz adam idi, çölə çıxmırdı. Bircə çörək alıb gələrdi. Bütün günü evdə olurdu. Heç kimə qarışmırdı". |