www.nice.az > Xəbərlər > Maradona azərbaycanlı futbolçunu “lom” adlandırdı

Maradona azərbaycanlı futbolçunu “lom” adlandırdı


10 mart 2010. Müəllif: krik
Maradona azərbaycanlı futbolçunu “lom” adlandırdı

Avropa Liqasının 1/8 final matçında İspaniyanın “Atletiko” komandasının futbolçusu Serxio Aqueronun sifətinə dirsək zərbəsi ilə xəsarət yetirən Türkiyənin “Qalatasaray” klubunun müdafiəçisi Sərvət Çətin Argentina yığmasının baş məşqçisi Dieqo Maradonanı qəzəbləndirib.

Maradona jurnalistlərə açıqlamasında Sərvətin hərəkətinə kəskin reaksiya verib.

Baş məşqçi əslən azərbaycanlı oyunçu haqda deyib: Bir ulduz futbolçunun başına dirsək zərbəsi endirən müdafiəçiyə çox az halda rast gəlinir. Təəssüf ki, Sərvət kimi “lomlar” da futbolçu olur.

Təcrübəli müdafiəçi isə həmin hərəkətinin epizodla bağlı olduğunu bildirib: “Maradonaya isə cavab vermərəm”.

Qeyd edək ki, Serxio Aquero Dieqo Maradonanın kürəkəni və Argentina yığmasının hücumçusudur.


Maradona azərbaycanlı futbolçunu “lom” adlandırdı