www.nice.az > Xəbərlər > Balıq Uşağın Dramı

Balıq Uşağın Dramı


7 mart 2010. Müəllif: Barbara
Balıq Uşağın Dramı


Ayaqlarında balıqlarda olan pullara bənzər şəkillərdən ibarət olan uşaq görənləri çaşdırdı..
Çində dərisində məsamələr olmadan dünyaya gələn və dərisində balıqlardakı kimi pullardan ibarət olan 14 aylıq erkək körpə həkimləri çaş-baş saldı.
Həkimlər Song Shengin nadir görülən genetik bir xəstəliyi olduğunu və bədəninin özünü soyuda bilmədiyini ifadə edir.

Balıq Uşağın Dramı

Yaşadığı Jinhu bölgəsində 'balıq uşaq' ləqəbi verilən Song Shengin dərisində doğulduqdan sonra bir neçə gün içində balıqlardakı kimi pullar meydana gəlməyə başladı.
Həkimlər bu vəziyyətə, Song Shengin dərisində məsamələrin olmaması səbəbiylə uşağın tərləyə bilməməsi və ya bədən istiliyini çölə təyin etməməsinin səbəb olduğunu ifadə edir.

Balıq Uşağın Dramı

Song Shengin bədən istiliyini ailəsi aşağı salır. Bəzən onu buzun içinə yatırtmaları lazımdır. Atası Song Dehui, "Hər vaxt çox böyük ağrılar içində və kifayət qədər buz tapa bilməzsək atəşi çox yüksəlir" deyir. Tibb Lamellar ichthyosis adı verilən bu xəstəliyə bir çarə tapa bilmiş deyil. Song Dehui, "Bir möcüzə ya da bitki mənşəli bir dərmanın tapılması üçün dua edirik" deyir.