www.nice.az > Xəbərlər > ADNA-nın qarşısında anım mərasimi keçirilir!

ADNA-nın qarşısında anım mərasimi keçirilir!


1 may 2009. Müəllif: H5N1
ADNA-nın qarşısında anım mərasimi keçirilir!

Neft Akademiyasının qarşısında anım mərasimi keçirilir
Gənclər Akademiyanın qarşısına toplaşıb

Səhər saatlarından etibarən Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında aprelin 30-da baş vermiş silahlı basqın nəticəsində həlak olanların anım mərasimi keçirilir. Akademiya qarşısına çoxsaylı gənclər toplaşıb.
Mərasim səhar saat 9.00 radələrində başlayıb və indi də davam edir. Akademiya qarşısına gül və əklil qoyanlar arasında millət vəkilləri, gənclər təşkilatının üzvləri və nazir müavinləri də var. Axşam saat 20.00-da isə gənclərin yenidən akademiya qarşısına toplanması və hadisə zamanı həlak olanların ruhuna ehtiram əlaməti olaraq şamlar yandırılması gözlənilir.
ALLAH RƏHMƏT ELƏSİN!