www.nice.az > Xəbərlər > 85 yaşlı kişinin əkiz uşağı olacaq

85 yaşlı kişinin əkiz uşağı olacaq


27 fevral 2010. Müəllif: krik
85 yaşlı kişinin əkiz uşağı olacaq

85 yaşlı kişinin əkiz uşağı olacaq

Türkiyədə Atrvin bölgəsinin Hopa rayonunda yaşayan 85 yaşlı Camal Karabacak 10 aydır ki, molla kəbini ilə Gürcüstanın Batumi şəhərindən olan 48 yaşlı Meri Şantadze adlı bir qadınla yaşayır.

“Milliyet” qəzetinin verdiyi məlumata görə, ilk evliliyindən 5 övladı, 21 nəvəsi olan Camal Karabacak yenidən ata olacaq.
Xəstəxanada aparılan müayinə göstərib ki, Meri Şantadze 3 aylıq hamilədir, iki əkiz övlad gözləyir.

Yaxın vaxtlarda rəsmi nikah bağlamağa hazırlaşan cütlük səbirsizliklə əkizlərin anadan olacağı günü gözləyir.
Camal Karabacak deyib ki, uşaqları olacağı üçün çox sevinir: “Keçmişdə uşaqlarımı böyütdüyüm beşiklər durur. Dünyaya gələcək yeni uşaqlarımı o beşiklərdə yatırdacağam”.