www.nice.az > Xəbərlər > 16 yaşlı qızı 20 nəfər zorlayıb
16 yaşlı qızı 20 nəfər zorlayıb26 fevral 2010. Müəllif: krik |
![]() Kimsəsiz qızı zorlayanlardan 7-si məmurdur Antalyadakı reabilitasiya mərkəzindən qaçan 16 yaşlı qız 20 nəfər tərəfindən zorlanıb. Qızı zorlayanlar arasında şəhər bələdiyyəsinin üzvü, 5 muxtar (icra nümayəndəsi) və bir ibtidai məktəb direktoru da var. Antalyada tapılan qız reabilitasiya mərkəzindən təxminən 25 gün əvvəl qaçıb. Şərifə Ç. Kimi təqdim olunan qız bidirib ki, əvvəlcə küçədə tanış olduğu 3 nəfərin təcavüzünə məruz qalıb. Onlar qızı zorladıqdan sonra hədə-qorxu gəlməyə başlayıblar və başqa kişilərə də satıblar. Şərifə Ç. İki gün əvvəl saxlandığı evdən qaçaraq, polisə müraciət edib. O, başına gələnləri polisə danışdıqdan sonra 3 nəfər həbs edilib. Sonra qızı zorlayan digər kişilərin də həbsinə başlanılıb. Həbs olunan 17 nəfərin arasında məmurlar da var. Məhkəmə 15 nəfər barəsində həbs-qətimkan tədbiri seçib. Şərifə Ç. isə yenidən reabilitasiya mərkəzinə təhvil verilib. |