www.nice.az > Xəbərlər > 10 dollara mobil telefon
10 dollara mobil telefon24 fevral 2010. Müəllif: XP |
![]() Barselonada keçirilən Mobile World Congress'də dünyanın ən ucuz mobil telefonu olan Vodafone 150 təqdim olundu və ən maraqlı cəhət isə qiymətinin sadəcə 10 dollar olması idi... Bir mobil telefonda mövcud olması zəruri olan bütün xüsusiyyətlərə malik bu telefonun ekran ölçüsü 96x64, və 2 nömrəlidir. Gecələr fənər kimi də istifadə edilməsi mümkündür. 5 saatlıq danışmağın mümkün olduğu bu telefon tam 15 gün müddətində standby rejimində də qala bilir. Çin şirkəti TCL Corporation tərəfindən istehsal olunmuşdur. Bundan əlavə Vodafone 250 də təqdim edildi. Qiyməti 20 dollar olsa da, əlavə olaraq radio da mövcuddur. Telefonların əsasən maddi cəhətdən zəif təmin olunmuş insanlara satılacağı və iqtisadiyyatı zəif olan dövlətlərə ixrac olunacağı gözlənilir... Fikir bildirməyi unutmayın... Tərcümə etdi: XP |