www.nice.az > Xəbərlər > "Kurtlar vadisi" azərbaycanlıların telekanalını məhkəməyə verib

"Kurtlar vadisi" azərbaycanlıların telekanalını məhkəməyə verib


18 fevral 2010. Müəllif: saki_18
"Kurtlar vadisi" azərbaycanlıların telekanalını məhkəməyə verib

“Kurtlar vadisi” teleserialının istehsalçısı Moskvada yayımlanan Azərbaycan dilli telekanalı məhkəməyə verib. "Lent.az"ın "Salamnews"a istinadən yaydığı məlumata görə, “İnter-az” telekanalı məşhur türk serialını icazəsiz yayımladığına görə məhkəməyə düşüb.

“İnter-az”ı serialın istehsalçısı olan “Panafilm” məhkəməyə verib. Telekanal müəllif hüquqlarını pozmaqda ittiham olunur.

“Türksat” peyki vasitəsi ilə yayımlanan “İnter-az” kanalının yayımı isə dayandırılıb. Kanal da öz növbəsində teleserialın yayımını dayandırıb. Lakin buna baxmayaraq “Panafilm” şikayətini geri götürməyib. Hal-hazırda “Panafilm”lə kanal rəhbərliyi arasında vasitəçilərin köməyi ilə danışıqlar aparılır.