www.nice.az > Xəbərlər > İngilislər Ledi Qaqanı seçdilər
İngilislər Ledi Qaqanı seçdilər17 fevral 2010. Müəllif: Barbara |
![]() Londonda BRİT musiqi mükafatının təqdimatı keçirilib. Amerikalı müğənni Ledi Qaqa İngiltərənin "Grammy" mükafatının analoqu olan BRİT musiqi mükafatının təqdimatı mərasimində 3 nominasiyada mükafat alıb. Ledi Qaqaya "Beynəlxalq sıçrayış", "Beynəlxalq albom" və "İngilis olmayan ən yaxşı qadın müğənni" nominasiyalarında mükafatlar verilib. Amerikalı DJ-3 "İngilis olmayan ən yaxşı kişi müğənni" nominasiyada qalib olub. Ən yaxşı ingilis qadın müğənnisi Lili Allen, ən yaxşı ingilis kişi müğənnisi isə Dizzi Reskal seçilib. |