www.nice.az > Xəbərlər > Türk kanalları cəzalandırılacaq
Türk kanalları cəzalandırılacaq14 fevral 2010. Müəllif: krik |
![]() Türkiyənin “Show TVâ€, “ATVâ€, “Flash TVâ€, “Cine-5†və “Star TV†kanallarında Monqolustanla bağlı yayımlanan xəbər televiziyaların cəzalandırılması ilə nəticələnə bilər. Bir müddət öncə Monqolustanda kişilərin sayının azalması və ölkənin Türkiyədən 20 min kişi istəməsi xəbəri ilə bağlı Monqolustan səfirliyinin açıqlaması televiziya kanallarının məlumatının yalan olduğunu üzə çıxarıb. “Əhalinin sayına görə, bir qadına bir kişi düşür. Əhalinin sayını artırmaq niyyətindəyik. Amma bunun öhtəsindən özümüz gələ bilərik, kişi idxal etməyə ehtiyac yoxdurâ€,-deyə səfirliyin məlumatında bildirilib. Türkiyə Televiziya Şurasında isə bu açıqlamadan sonra araşdırma başlanılıb. Televiziya kanallarının informasiyanın yayımlanmasında tərəfsizlik, həqiqilik prinsiplərini pozduğuna görə qurumun fevralın 16-da keçiriləcək iclasında cəzalandırılacağı gözlənilir. |