www.nice.az > Xəbərlər > Ərdoğan cümə namazında 70 yaşlı mömini əsəbləşdirib

Ərdoğan cümə namazında 70 yaşlı mömini əsəbləşdirib


13 fevral 2010. Müəllif: krik
Ərdoğan cümə namazında 70 yaşlı mömini əsəbləşdirib

“Sən mənim namazıma nə qarışırsan, sən padşahsan?”

Türkiyədə baş nazir içəridə olduğu üçün məscidə buraxılmayan qoca kişi Rəcəb Tayyib Ərdoğana qışqıraraq etirazını bildirib. Məlumata görə, ötən gün Rəcəb Tayyib Ərdoğan cümə namazını qılmaq üçün İstanbuldakı “Əyyub Sultan” məscidinə gedib. Qeyd edək ki, baş nazir məscidə yaxınlaşdığı zaman təhlükəsizlik tədbirləri irəli sürülərək məbədə giriş-çıxışlar məhdudlaşdırılıb. Bu vəziyyət namaz qılmaq üçün məscidə gələn 70 yaşlı mömini əsəbləşdirib. “Sən mənim namazıma necə qarışırsan? Sən padşahsan?”

Baş nazir isə bir anlıq etiraz aksiyasına reaksiya vermədən məscidə girib və sonra möminlər də içəriyə buraxılıblar.