www.nice.az > Xəbərlər > İsveçrədə minarə qadağasının müəllifi islamı qəbul etdi

İsveçrədə minarə qadağasının müəllifi islamı qəbul etdi


9 fevral 2010. Müəllif: krik
İsveçrədə minarə qadağasının müəllifi islamı qəbul etdi

Lent.azın verdiyi məlumata görə, vaxtilə minarələrin islam əleyhinə çıxan Daniel Streyç Avropanın ən gözəl məscidini tikmək niyyətindədir

İsveçrəli ultra sağçı siyasətçi və islam dini əleyhinə çıxışı ilə məşhur olan Daniel Streyç müsəlmanlığı qəbul etdiyini bildirib. Lent.az-ın məlumatına görə, bu barədə İranın “əl-Əlam” telekanalı informasiya yayıb.

Daniel Streyç İsveçrə Xalq Partiyasının keçmiş üzvüdür. O, islam dini əleyhinə çıxışları və qanun layihələri ilə məşhurlaşıb. Ölkədə minarələrin qadağan olunması ilə bağlı referendumun təşəbbüskarı da məhz odur. Bu referendum ötən ilin payızında baş tutub və ölkədə minarələrin tikilməsinin qadağan edilməsi ilə nəticələnib. O zaman qanun layihəsini əhalinin 57,5 faizi dəstəkləyib.

Daniel Streyçin İslamı qəbul etməsi ölkədə şoka səbəb olub. Xüsusilə də Streyçin keçmiş partiya yoldaşları şoka düşüblər.

Daniel Streyç yeni dini qəbul etməsini 2 il gizlədib. O, bildirib ki, keçmiş partiyasının islam dinini təhqir etməsi və ləkə yaxması onu sonda həqiqəti söyləməyə məcbur edib: “Mən artıq buna dözə bilməzdim”.

Partiyada mühüm yer tutan Streyç həmişə dindarlığı ilə seçilib, İncil oxuyub və kilsəyə gedib. Siyasətçi İslamı qəbul etməsinə də aydınlıq gətirib: “İslam mənim bütün həyatım boyu öz-özümə verdiyim suallara cavab verdi. Mən bu sualların cavabını başqa heç bir yerdə tapa bilmirdim”.

Streyç 2 həftə öncə Xalq Partiyasının sıralarını tərk edib və indi Mühafizəkar Vətəndaş Demsokrat Partiyasının quruculuğu ilə məşğuldur: “Minarələrin tikilməsinin qadağası ilə bağlı qanunverici təşəbbüsüm mənim qəlbimdə dərin iz buraxacaq. Mən özümə sual verirəm – mən 30 ilin professional siyasətçisi kimi nəyə çalışmışam? İsveçrənin böyük sayda məscidə ehtiyacı olduğu halda mən bunun əleyhinə çıxmışam. Müsəlmanların küçələrdə namaz qalması yaxşı deyil”.

Daniel Streyç İslama olan keçmiş münasibətindən xəcalət çəkdiyini bildirərək, günahlarının bağışlanması üçün İsveçrədə Avropanın ən gözəl məscidini tikmək istəyir.