www.nice.az > Xəbərlər > Ən sürətli interneti olan ölkələrin adları açıqlandı
Ən sürətli interneti olan ölkələrin adları açıqlandı6 fevral 2010. Müəllif: krik |
![]() Ən sürətli interneti olan ölkələrin adları açıqlandı Cənubi Koreya və Yaponiya bu sahədə irəlidədir Son araşdırmalara görə, Cənubi Koreya və Yaponiya internetə qoşulmaların orta sürəti üzrə dünya liderləridir. “Akamai Technologies†şirkətinin təqdim etdiyi hesabatda, Cənubi Koreyada internetə qoşulma sürəti saniyədə 14,6 meqabit təşkil edir. İkinci yerdə olan Yaponiyada bu sürət saniyədə 7,9 meqabitdir. Siyahıda sonrakı yerlərdə Honkonq, Rumıniya, İsveç, İrlandiya, Niderland, İsveçrə, Danimarka və Çexiyadır. ABŞ saniyədə 3,9 meqabit orta qoşulma sürəti ilə yalnız 18-cidir. |