www.nice.az > Xəbərlər > İran türk adlarına qadağa qoydu

İran türk adlarına qadağa qoydu


6 fevral 2010. Müəllif: krik
İran türk adlarına qadağa qoydu

İranda türkcə şəxs adı, qəzet adı, ekoloji, yaxud sosial yönümlü QHT adı hakimiyyətin gözçülərini vahiməyə salır. Əgər vətəndaş yeni doğulmuş körpəsinə türk adı qoysa, yaxud bir yazar özünə türkcə təxəllüs götürsə - bu, dəhşətli millətçiliyin, hətta pantürkizmin əlaməti kimi görülür. Məsələn, "Azadlıq" radiosunun xəbərində deyilir: "10 gündür təbiəti mühafizə ilə bağlı yaratdığımız "Dağ" qrupunun işini qadağan ediblər. Haqqımızda məhkəmə hökm çıxarıb. Hökmdə yazılıb ki, "Dağ" qrupu millətçiliyi yaymaqla məşğuldur". Bu sözləri Azərbaycanın Qoşaçay şəhər sakini Behbud Quluzadə söyləyib. Onun sözlərinə görə, son günlər Qoşaçayda rəsmi qurumların təqibləri başlayıb. Azərbaycanlılar heç bir səbəb göstərilmədən hüquq-mühafizə orqanlarına çağırılaraq, sorğu-sual edilir
Azərbaycanlı iş adamları şirkət və dükanlarına türkcə ad qoyduqları üçün ötən il də məhkəməyə cəlb olunmuşdular. Bir il ərzində bununla bağlı minə yaxın "cinayət işi" açılıb. Türk adı seçən iş yerlərinə məktubla xəbərdarlıq edilir, buna əməl etməyənlərə məhkəmənin qərarını göndərirdilər. Həmin məktublarda dükan və şirkət yiyələrindən adların türk dilindən farcaya çevrilməsi tələb olunur. Sahibkarların çoxu bu qərarı icra etsə də, 50 mağaza yiyəsi hakimiyyətin tələbinə boyun əyməyib. Buna görə həmin şəxslərrin dükanları və şirkətləri qapadılıb. Bax, İranın tərifli islam rejiminin rəftar və davranışı belədir.Çünki Azərbaycanın yenidən birləşəcəyi fikri İran hakimiyyətinə gecələr yatmağa imkan vermir.