www.nice.az > Xəbərlər > AİDSin şifrəsi qırılmaq üzrədir

AİDSin şifrəsi qırılmaq üzrədir


6 fevral 2010. Müəllif: saki_18
AİDSin şifrəsi qırılmaq üzrədir

AİDS xəstəliyinə səbəb olan HIV virusu kimi retroviruslsrds mövcud olan "integrase" fermentinin quruluşunu görməyə imkan verən bir kristal hazırlayıb.

İngiltərədəki İmperial Kolleci ilə ABŞ-dakı Harvard Universitetində işləyən alimlərin birgə apardıqları araşdırmanın nəticələrinin, HİV virusu haqqındakı sirr pərdəsini araladığı və daha təsirli müalicə üsullarının hazırlanmasına şərait yaradacağı bildirildi.

Alimlər, fermentin 3 ölçülü formasını göstərən və 40 min sınaqdan sonra əldə edilən kristalın, HİVə çox bənzəyən başqa bir retrovirusdan alınan bir "integrase" fermentindən çıxarıldığını qeyd edib.

Mütəxəssislər, bu fermentin quruluşunun təhlil edilməsinin, mütəxəssislərə fermentə maneə törədəcək dərmanların necə təsir edəcəyini, necə hazırlanacağını və HIV virusunun bu dərmanlara müqavimət gücünü öyrənməyə imkan verəcəyini düşünürlər.