www.nice.az > Xəbərlər > FİFA milli komandaların reytinq cədvəlini açıqladı

FİFA milli komandaların reytinq cədvəlini açıqladı


3 fevral 2010. Müəllif: krik
FİFA milli komandaların reytinq cədvəlini açıqladı

FİFA milli komandaların 2010-cu il üçün ilk reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası ötən ay olduğu kimi, 236 xalla 114-cü pillədə qərarlaşıb. İlk sırada 1627 xalla İspaniya yığması, ikinci pillədə 1568 xalla Braziliya komandası, 3-cü pillədə isə 1288 xalla Hollandiya yığması yer tutub.

İlk onluğa İtaliya, Portuqaliya, Almaniya, Fransa, Argentina, İngiltərə və Misir komandaları daxil olub.
Rusiya yığması 13-cü pillədə, Türkiyə 42-ci, Ermənistan 102-ci, Gürcüstan 122-ci, Qazaxıstan isə 123-cü pillədə qərarlaşıb.