www.nice.az > Xəbərlər > Sualtı təyyarə nümayiş etdiriləcək
Sualtı təyyarə nümayiş etdiriləcək1 fevral 2010. Müəllif: saki_18 |
![]() Virgin Atlantic Airways şirkətinin macərapərəst rəhbəri Richard Branson yeni kəşfiylə əlaqədar "The Sun" qəzetinə açıqlama verib. Branson dünyanın ilk dənizaltı təyyarəsinin dizaynını hazırladıqlarını söyləyib. 11 min metr dərinliyə enə bilən "Necker Nymph" adlı sualtı, döyüş reaktivlərinin texnologiyasına bənzər bir quruluşa sahibdir. Onun 4.5 metr uzunluğunda karbon liflərdən ibarət qanadları var. Həftəliyi 15 min sterlinqə kirayə verilir "Hawkes" adlı bir Amerika şirkəti tərəfindən hazırlanacaq sualtı təyyarə, fevral ayında Bransonun Necker adasında nümayiş etdiriləcək. 415 min sterlinq dəyərindəki sualtı təyyarəni, həftəliyi 15 min sterlinqə də kirayə götürmək olacaq. Yüksək texnologiyanın istifadə edildiyi sualtı təyyarə, eyni zamanda sualtı təbiətə zərər verməyəcək şəkildə hazırlanıb. |