www.nice.az > Xəbərlər > Futsal2010-Hungary
Futsal2010-Hungary28 yanvar 2010. Müəllif: braTIK |
![]() Futzalçılarımız Avropa çemionatında çıxışlarını dayandırdılar . Bu gün Macarıstanda təşkil olunan futzal üzrə Avropa çemionatında yarımfinal görüşlərinə start verilib. Komandamız finala çıxmaq uğrunda Portuqaliya kollektivi ilə qarşılaşıb. Yığmamız ilk hissəyə hücumlarla başlayıb. Elə oyunda hesabı açan tərəf də, Azərbaycan komandası olub. 8-ci dəqiqədə Tyaqu rəqibi məyus edib. Ardından Kardinal 10-cu dəqiqədə hesabda tarazlıq yaradıb. Rəqibin sevinci bitməmiş Felipe yenidən komandamızı hesabda irəli çıxarıb. Azərbaycana uduzmağı özünə yaraşdırmayan portuqaliyalılar 28 və 29-cu dəqiqələrdə Pedro Koşta və Maşadonun dəqiq zərbələri ilə hesabda irəli çıxıb. Bu üstünlük cəmi bir neçə saniyə çəkib və həmyerlilərimiz oyunda tarazlığı bərpa edib. Oyunun əsas vaxtı heç-heçə başa çatdığından qalibi müəyyən etmək üçün 6 metrlik zərbələr təyin olunub. Vurulan dəqiq zərbələrin sayında 5:4 hesabı ilə üstün olan portuqallar finala adını yazdıran tərəf olub. |