www.nice.az > Xəbərlər > TARKAN “AST TELMAN”ı HÖVSƏLƏDƏN ÇIXARDI

TARKAN “AST TELMAN”ı HÖVSƏLƏDƏN ÇIXARDI


21 yanvar 2010. Müəllif: Barbara
TARKAN “AST TELMAN”ı HÖVSƏLƏDƏN ÇIXARDI


Yeni il gecəsində 150 min türk lirəsi müqabilində Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” otelində 2.5 saat konset verən Tarkan xoşagəlməz bir olayın baiskarı olub.

TARKAN “AST TELMAN”ı HÖVSƏLƏDƏN ÇIXARDI


Türkiyə mətbuatının verdiyi məlumata görə, konsertdən əvvəl Telman İsmayılov Tarkanı masasına dəvət edib, ancaq müğənni bunu qəbul etməyib.
Konsertdən sonra Telman İsmayılov yenidən Tarkanı masasına dəvət etsə də, bu dəfə də müğənni onun masasına yaxınlaşmayıb. Qeyd edək ki, Telman İsmayılovun 2 mindən çox bahalı saatdan ibarət kolleksiyası var. İş adamı bu saatlardan ikisini seçərək həmin gecə Tarkana hədiyyə etmək istəyirmiş və müğənnini də masasına ona görə dəvət edirmiş.
Lakin Tarkandan 2 dəfə rədd cavabı alması Telman İsmayılovu hövsələdən çıxarıb və o, hədiyyə edəcəyi saatları divara çırpıb.