www.nice.az > Xəbərlər > Şəhidlər Xiyabanında ölüm hadisəsi

Şəhidlər Xiyabanında ölüm hadisəsi


20 yanvar 2010. Müəllif: krik
Şəhidlər Xiyabanında ölüm hadisəsi

YAP üzvü ziyarət zaman vəfat edib

Şəhidlər Xiyabanında ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumata görə, bu gün axşam saatlarında şəhidlərin məzarını ziyarətə gələn şəxslərdən biri qəflətən keçinib. Hadisə yerinə ərazidə olan polis əməkdaşları gəlib. Polis əməkdaşları meyitə baxış keçirən zaman onun üzərindən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu təsdiq edən sənəd aşkar ediblər. Partiya biletində mərhumun adı Tahir Şəmsi oğlu Adıgözəlov kimi qeyd olunub. T.Adıgözəlovun hansı rayonun sakini olması barədə məlumat olmadığından meyit morqa göndərilib.

Hazırda mərhumun yaşadığı ünvanın müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.