www.nice.az > Xəbərlər > Röya: "Oğluma süd vermirəm"
Röya: "Oğluma süd vermirəm"17 yanvar 2010. Müəllif: saki_18 |
![]() Xalq artisti Aygün Kazımovanın ifa etdiyi "Təkcə Səni" mahnısı ətrafında qalmaqal davam etməkdədir. Sözügedən mahnının artıq Röyanın repertuarında olmasına baxmayaraq, Aygün artıq "Təkcə Səni"ni ekranlaşdırıb. Xalq artisti "bu mahnını mən çoxdan yazdırmışam və şəxsən mənim üçün bəstələnib. Sadəcə bu yaxınlarda üzə çıxartmışam"-deyərək, həmkarının bostanına daş atmağı da unutmayıb. "Qoy bəzi insanlar əsəbləşməsinlər, yoxsa, südləri quruyar"-deyən A.Kazımova onun indiyə kimi etdiyi hər bir addımının başqaları tərəfindən təkrarlanmasına adət etdiyini də vurğulayıb. Müğənni Röya isə ANS PRESS-in müxbirinə "Qoy, Aygün narahat olmasın, uşağın qırxı çıxandan sonra mən ona süd vemirəm",-deyə bildirib. |