www.nice.az > Xəbərlər > “Ezel†serialı ATV-də yayımlanacaq
“Ezel†serialı ATV-də yayımlanacaq15 yanvar 2010. Müəllif: M1rZ3 |
![]() “Show TV†teleserialı əlindən qaçırdı Türkiyədə telekanallarda nümayiş olunan teleseriallar sırasında hazırda reytinqi ilə fərqlənən, böyük reklam gəliri gətirən “Ezel†artıq “Show TV†telekanalında nümayiş olunmayacaq. Lent.az-ın “ensonhaber.com†saytına istinadən verdiyi məlumata görə, “Show TVâ€nin sahibi Mehmet Emin Karamehmet maddi sıxıntı səbəbindən teleserialın kanalda yayımının davam etməsinə nail ola bilməyib. Digər telekanallar teleserialın çəkilişini həyata keçirən və müəlliflik hüququna malik olan “Ay Yapım†şirkəti ilə dərhal danışıqlara başlayıblar. Onların içərisində “Çalık†Qrupu istəyinə nail olub. Bundan sonra “Ezel†ATV-də nümayiş olunacaq. Qeyd edək ki, bundan əvvəl “Show TV†rəhbərliyi “Pana Filmâ€lə problemlər yaşamış və son nəticədə “Qurdar Vadisi†“Star TVâ€də yayımlanmağa başlamışdı. |