www.nice.az > Xəbərlər > Marsda həyat var?!

Marsda həyat var?!


15 yanvar 2010. Müəllif: krik
Marsda həyat var?!

Mars ətrafındakı HİRİSE adlı kamera tərəfindən NASA-ya göndərilən şəkillər NASA-nı şok edib.

Başqa bir planetə göndərilən ən gülcü kamera olan HİRİSE-nin Marsın şimal qütb nöqtəsində müəyyən etdiyi şəkillər ağaclara bənzəyir.

Şəkilləri incələyən alimlər bunun bir optik aldanma olduğuna qərar veriblər.
Marsın şimal qütb nöqtəsinin yaxınlığında çəkilən şəkillərdə, incə bir donmuş təbəqə, karbon dioksidlə örtülmüş qum təpəcikləri görünür.

MARSDA AĞAC VAR?
Şəkildə görünən ağaca bənzər şəkillərin isə, Marsda baharda buzların əriməsiylə ortaya çıxan torpaq sürüşmələrinin qalıqları olduğu açıqlanıb. Hətta şəkilin mərkəzində, biraz sol tərəfdə görünən qum buludu da alimlərin bu dəlillərinin doğru olduğunu təsdiqləyir.