www.nice.az > Xəbərlər > Türkiyəli tələbə ermənlərdən üzr istəmədiyinə görə işdən qovuldu
Türkiyəli tələbə ermənlərdən üzr istəmədiyinə görə işdən qovuldu14 yanvar 2010. Müəllif: krik |
![]() Buna səbəb isə türk jurnalistin "Türklər ermənilərə qarşı soyqırım etməyib" yazısı olub. "Yaşadıqlarıma inana bilmirəm, hələ də şokdayam, inanmaq mümkün deyil", deyən Utrecht universitetinin Tarix və Türkologiya fakültəsinin məzunu Armand Sağ bildirib. Jurnalist hesab edir ki, baş vermiş hadisə Hollandiyada söz azadlığının olmadığını göstərir. Türk gəncin sözlərinə görə, o yazısında erməni məsələsini köçürülmə kimi qiymətləndirib və soyqırımın olmamasını yazmayıb. Sadəcə olaraq ermənilərin istədii kimi soyqırım sözündən istifadə etmədiyinə görə, senzuraya uğrayıb. Armand Sağ bildirir ki, həmin yazıya görə, saytın direktoru tərəfindən ona dəfələrlə xəbərdarlıq edilib. "Erməni məsələsinə görə, işdən atıldım. Müdirim ermənilərdən üzr istəməyimi istədi. Məndə üzr istəmədim, o da məni işdən qovdu", deyə A. Sağ qeyd edib. Jurnalist əlavə edib ki, Hollandiyada erməni lobbisinin güclü olduğunu bilsə də , bu qədər nüfuzlu olduğunu təxmin etməyib. Belə ki, yazı saytda yerləşdiriləndən sonra ermənilər tərəfindən redaksiyaya yüzlərlə telefon zəngi, məktub və elektron məktub gəlib. Daha sonra isə direktoru Maykl van der Qaliendən tələb edilib ki, jurnalist ermənilərdən üzr istəməlidir. |