www.nice.az > Xəbərlər > Qurani-Kərimin içindən narkotik çıxdı

Qurani-Kərimin içindən narkotik çıxdı


14 yanvar 2010. Müəllif: saki_18
Qurani-Kərimin içindən narkotik çıxdı

Narkotik alverçiləri mallarını daha təhlükəsiz nəql etmək və satmaq üçün yeni yollar tapırlar.
Bu dəfə qeyri-adi yollardan biri Türkiyənin Konya şəhərində qeydə alınıb. Belə ki, polis Adanadan qatarla şəhərə gələn 2 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Onlar özlərini Qurani-Kərim kitabının satıcısı və digəri isə alıcısı kimi təqdim ediblər. 23 yaşlı gəncin çantasındakı Quran və müxtəlif dini kitabların arasından satışa hazılanmış 1,5 kq narkotik vasitə aşkar edilib.