www.nice.az > Xəbərlər > Nazir xəyanətkar arvadını xəstəxanaya yolladı

Nazir xəyanətkar arvadını xəstəxanaya yolladı


12 yanvar 2010. Müəllif: saki_18
Nazir xəyanətkar arvadını xəstəxanaya yolladı

Şimali İrlandiyanın rüsvay olmuş baş naziri Piter Robinsonun arvadı psixiatriya müalicəxanasına yerləşdirilib. Siyasətçi ərinin çoxillik karyerasını təhlükə altına atan Ayris Robinson burada intensiv müalicə kursu keçəcək.

Ayrisin bu yaxınlarda özündən 40 yaş kiçik kişi ilə eşq macərası yaşadığı barədə verdiyi açıqlama xanımın müalicə olunmasına dair qərar verilməsinə səbəb olub. Ayris öz nüfuzu və ərinin adından istifadə edərək restoran açmaq istəyən gənc sevgilisi üçün təqribən səksən min dollar toplaması faktını da etiraf edib.

Demokratik Həmkarlar İttifaqı Partiyasına rəhbərlik edən Peter Robinson həyat yoldaşının maliyyə fırıldaqlarından nə dərəcədə xəbərdar olduğu barədə hələ ki, açıqlama verməkdən imtina edir. Ayris Robinsonun 21 yaşlı sevgilisi də məsələyə şərh verməkdən boyun qaçırıb.