www.nice.az > Xəbərlər > Eurovision-2010-da iştirak edəcək ölkələrin adları açıqlandı

Eurovision-2010-da iştirak edəcək ölkələrin adları açıqlandı


8 yanvar 2010. Müəllif: krik
Eurovision-2010-da iştirak edəcək ölkələrin adları açıqlandı

“Eurovision-2010” müsabiqəsinə qatılan 39 ölkənin adı açıqlanıb. Albaniya, Azərbaycan, Ermənistan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna və Böyük Britaniya kimi ölkələrin nümayəndələri bu yarışmada iştirak edəcək.
Qeyd edək ki, Fransa, Almaniya, İspaniya və Böyük Britaniya avtomatik olaraq finala düşəcək. Belə ki, onlar “Eurovision” müsabiqəsinin əsas sponsorları qismində çıxış edəcək.
“Eurovision-2010” yarışmasının nümayəndəsi Svante Stokselius bildirib ki, çətin iqtisadi duruma baxmayaraq, 39 ölkə müsabiqəyə qatılmağa imkan tapa bilib. "Bundan başqa biz çox şadıq ki, Gürcüstan yenə yarışmada iştirak edəcək”, - deyə bildirib.