www.nice.az > Xəbərlər > Küçədə çarşabla gəzənlər cəzalandırılacaq
Küçədə çarşabla gəzənlər cəzalandırılacaq8 yanvar 2010. Müəllif: krik |
![]() Fransa öz qanunlarına yeni düzəliş edilməyə hazırlaşır. Düzəlişə əsasən ictimai yerlərdə çadra və niqab ilə gəzənlər cərimələnəcək. İngilis mətbuatının məlumatına görə, küçədə üzünü göstərməyən örtükdən istifadə edənlərə təyin ediləcək cərimənin miqdarı isə 750 avrodur. Həyat yoldaşını çarşab geyinməyə vadar edən kişilərin isə bu pulun iki qatı məbləğində cərimə edilməsi planlaşdırılır. Prezident Nikola Sarkozinin partiyasından olan parlament qrupu rəhbəri Cen-Francois Kope yeni düzəlişlərin qadınların "hörmət və təhlükəsizliyini" qorumaq məqsədi daşıdığını deyib. "Bütün ictimai sahələrdə çadranı qadağan etmək istəyirik", - deyə o qeyd edib. O, pul cəriməsinin ictimai yerlərdə üzü bağlı gəzən hər kəsə aid ediləcəyini vurğulayıb. Düzəlişlərin yaxın günlərdə parlamentə təqdim ediləcəyi nəzərdə tutulub. Qeyd edək ki, Fransada 5 milyona yaxın müsəlman yaşayır. 2004-cü ildə bu ölkədə məktəblərdə hicab və hər cür dini simvoldan istifadə qadağan edilib. |