www.nice.az > Xəbərlər > ADNA-da kütləvi insan qətli faktı üzrə istintaq sona yaxınlaşır
ADNA-da kütləvi insan qətli faktı üzrə istintaq sona yaxınlaşır8 yanvar 2010. Müəllif: saki_18 |
![]() 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) kütləvi insan qətli faktı üzrə istintaq sona yaxınlaşır. Bu barədə Baş Prokurorluğun cümə axşamı yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, adamların xüsusi qəddarlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə ilkin istintaqın müddəti cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq uzadılıb. “Hazırda iş üzrə istintaq başa çatmaqdadır. İstintaqın nəticələri barədə ictimasiyyətə ətraflı məlumat veriləcəkâ€,-deyə məlumatda vurğulanır. Xatırladaq ki, aprelin 30-da Azərbaycan mənşəli Gürcüstan vətəndaşı Fərda Qədirov tapança ilə silahlanaraq Bakıda ADNA-nın korpuslarından birində atışma törədib. Nəticədə 12 nəfər həlak olub, bir o qədər adam yaralanıb. Hücum edən şəxs özünü də güllələyib. |