www.nice.az > Xəbərlər > Dünyanın sonuna 7 fəlakət

Dünyanın sonuna 7 fəlakət


3 yanvar 2010. Müəllif: NiXaTo
Dünyanın sonuna 7 fəlakət

Dünyanın sonuna səbəb olacaq 7 fəlakət haqqında xəbər verən “2012” filmi deyil. Fantastik hesab olunan bu filmdə cərəyan edən hadisələr yaxın vaxtlarda gerçəyə çevrilə bilər. Bu barədə artıq alimlərdə danışdı.



Almaniyanın tanınmış iqlimşünaslarından Hans Yoahim Şellnhuber Yer kürəsini təhdid edən 7 böyük təhlükəni açıqlayıb.
Alimlərin fikrincə, yaxın gələcəkdə bəşəriyyətə ilk növbədə dünya okeanının səviyyəsinin yüksəlməsi problem yaradacaq. Kosmik aparatlar vasitəsiylə aparılan araşdırmalar göstərir ki, ötən 15 ildə dünya okeanında suyun səviyyəsi 3,4 millimetr yüksəlib. 21-ci əsrdə dünya okeanının səviyyəsinin 1 metrdən çox yüksələcəyi gözlənilir. Əgər ən pis ehtimal gerçəkləşərsə, yəni Yer kürəsində temperatur 2 dərəcə yüksələrsə, dünya okeanında suyun səviyyəsi 2 metrə qədər qalxacaq. Bu halda okean və dəniz sahillərindəki yaşayış məntəqələri ziyan çəkəcək, insanlar bu yerlərdə yaşamağa son qoymalı olacaqlar.
Kütləvi köç - Quraqlıq və sellərin artması, kənd təsərrüfatı məhsullarıyla bağlı yaranacaq qıtlıq insanların kütləvi surətdə yerlərini dəyişmələrinə yol açacaq. Dəniz sularının səviyyəsinin 1 metr artması 300-500 milyon insanı köçkünə çevirəcək.
Fövqəladə iqlim dəyişiklikləri - Leysan yağışlar və yüksək temperatur iqlim dəyişiklikləri ilə daha da artacaq və fırtınalar daha təhlükəli və ölümcül olacaq. Fırtına burulğanlarının Avropaya qədər uzanması gözlənilir.
İqtisadi böhranlar – Ən son proqnozlara görə, okean sularının səviyyəsinin 1 metrə qədər qalxacağı halda sahil zonalarında yerləşən yaşayış məntəqələrinin qorunması üçün 2050-ci ildə 28 trilyon dollar lazım olacaq. Bu, kifayət qədər böyük rəqəmdir və ölkələrin iqtisadiyyatlarını iflic duruma salacaq.
Canlı aləmin yox olması - Qlobal istiləşmə Yer kürəsindəki canlıların 40-70 faizini məhv edəcək.
İçməli su çatışmazlığı – Buzlar ərdiyi üçün dünyanın müxtəlif bölgələrində içməli su qıtlığı yaranacaq. Artıq Tibet və Boliviyanın dağlıq bölgələrində bu problem özünü göstərməyə başlayıb.
İqlim dəyişikliyində qırılma nöqtələri - Qlobal istiləşmə nəticəsində geri dönüşü olmayan uzun müddətli təhlükələr özünü göstərməyə başlayacaq. Bu təhlükələr iqlim dəyişikliyini şiddətləndirəcək. Ən böyük təhlükə Sibir və Şimali Amerikada artmaqda olan karbon qazının təsirindən qaynaqlanacaq. İnsanların ətraf mühitə vurduqları zərərlər iqlim dəyişikliyini sürətləndirəcək.