www.nice.az > Xəbərlər > Dünyanın ən hündür binası istifadəyə veriləcək

Dünyanın ən hündür binası istifadəyə veriləcək


2 yanvar 2010. Müəllif: krik
Dünyanın ən hündür binası istifadəyə veriləcək

2004-cü ildə tikilməyə başlayan bina qlobal iqtisadi böhrana baxmayaraq artıq hazırdır və yanvarın 4-də istifadəyə veriləcək. 162 mərtəbəli, 800 metrlik yüksəkliyi olan Burc Əl-Dubay binası 5 il müddətində 4.1 milyard dollara başa gəlib. Parlaq gümüşü rəngindəki bina həm biznes mərkəzi, həm yaşayış yeri həm də otel kimi fəaliyyət göstərəcək. 35 min insanın eyni anda yaşaya biləcəyi binadakı liftlərin sürəti isə saatda 35 kilometr sürətə çatacaq. Layihənin banisi Dubay şeyxi Əl-Maktumdur. 80 milyard dollar borcu olan və böhranın cəngindəki Dubayın hələ də belə lüks layihələri həyata keçirməsi isə xeyli diqqət çəkir.