www.nice.az > Xəbərlər > "2012"də Kəbə dağılmayacaq...

"2012"də Kəbə dağılmayacaq...


2 yanvar 2010. Müəllif: NiXaTo
"2012"də Kəbə dağılmayacaq...

"2012"də Kəbə dağılmayacaq...

Tanınmış rejissor Roland Emmerix “2012” filmində yer alan bəzi səhnələri yığışdırıb



Tanınmış rejissor Roland Emmerix maraqla gözlənilən “2012” filmində yer alan müqəddəs yerlərdən olan Kəbənin yıxılması səhnələrini yığışdırıb. Dünya miqyasında baş verən bir fəlakətdən bəhs edən filmdən həmin səhnələrin çıxarılmasına səbəb rejissorun fanatik müsəlmanların təzyiqlərindən qorxması olub. Belə ki, o haqqında fətva verilməsindən ehtiyat edərək, film geniş kütləyə nümayiş edilməmiş bu addımı atmaq qərarına gəlib.

Məlumata görə, Roland Emmerix belə bir addım atmasına hollandiyalı rejissor Teo Van Qoqun müsəlman tərəfindən qətlə yetirilməsi faktı təsir edib.

Qeyd edək ki, Van Qoq lentə aldığı filmdə İslamı lağlağı mövzusu kimi göstərib. Bu da müsəlmanların etirazına səbəb olub.