www.nice.az > Xəbərlər > Saakaşvilini maşın vurub
Saakaşvilini maşın vurub30 dekabr 2009. Müəllif: NiXaTo |
![]() Saakaşvilini maşın vurub Gürcü liderinin xəsarət alıb-almadığı barədə məlumat verilməyib Gürcüstan prezidenti Mixail Saakaşvilini maşın vurub. Bu barədə məlumatı yerli “Aliya†qəzeti yayıb. Qəzetin məlumatına görə, hadisə Batumu şəhərində “İnturist†mehmanxanasının yaxınlığında baş verib. Belə ki, minik maşınını sürücüsü prezidentin yolu keçdiyini görüb, əyləcə basmaq istəyib. Ancaq buna vaxtında nail ola bilməyib. Məlumata görə, hadisədən sonra sürücünü Saakaşvilinin təhlükəsizlik xidmətinin əməkdaşları aparıblar. Gürcü liderinin qəza nəticəsində xəsarət alıb-almadığı barədə isə qəzetdə məlumat verilməyib. Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancaqaladze isə faktı təkzib edib. Qeyd edək ki, hadisənin dekabrın 26-da baş verdiyi bildirilir. Dekabrın 28-də isə Mixail Saakaşvilinin Acariyada kənd sakinləri ilə maşınlara naringi yükləməsi nümayiş etdirilib. |