www.nice.az > Xəbərlər > Dəvəçidə 1 yaşlı uşaq diri-diri yandı
Dəvəçidə 1 yaşlı uşaq diri-diri yandı30 dekabr 2009. Müəllif: Barbara |
![]() Dəvəçi rayonunda bədbəxt hadisə baş verib. Rayonun Rəhimli kənd sakini, 1 yaşlı Fatimə Fitriyeva yanaraq ölüb. Rayon Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynov ANS PRESS-in bölgə müxbirinə bildirib ki, içərisi qaynar su ilə dolu olan termos ehtiyatsızlıq nəticəsində uşağın üzərinə tökülüb. Azyaşlı aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Hadisə iki gün əvvəl baş verib. Yanıq xəsarələri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın şöbə müdiri Ağayar Quliyev bildirib ki, F.Fitriyeva sol aşağı ətrafın, qarının ön divarının 2 və 3-cü dərəcəli texniki yanığı xəsarətləri alıb. Lakin uşaq hadisədən bir gün sonra xəstəxanaya gətirildiyindən onun həyatını xilas etmək mümkün olmayıb. |