www.nice.az > Xəbərlər > Gedin sürüşün...
Gedin sürüşün...29 dekabr 2009. Müəllif: Barbara |
![]() Milli Parkda buz meydançası qurulub. Yeni il münasibəti ilə qurulan meydança artıq demək olar ki, tamamilə hazırdır. Dənizkənarı Milli Park İdarəsi rəisininin müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, ya dekabrın 30-da ya da 31-də meydançanın açılış mərasimi olacaq. Bayram ərəfəsində əhalinin istifadəsinə veriləcək buz meydançasında sürüşmək ödənişli olacaq. Belə ki, meydançada 10 dəqiqə sürüşmək üçün 5 manat, 20 dəqiqə üçün 8 manat, 40 dəqiqə üçün 14 manat, 1 saat üçün isə 20 manat ödənilməlidir. “İstəyənlər kassaya bu məbləği ödəməklə buzda sürüşə biləcəklər. İlk dəfə buzda sürüşənlərə təlimatçılar kömək edəcək. Təlimatçıların da köməyi bu məbləğə daxildirâ€. Direktor müavinin sözlərinə görə, buz meydançası mart ayının sonlarına kimi fəaliyyət göstərəcək. Aprel ayından isə meydança yenidən əvvəlki təyinatı üzrə istifadə ediləcək. |