www.nice.az > Xəbərlər > Firefox 3.5 dünyanın ən populyar brauzeri oldu

Firefox 3.5 dünyanın ən populyar brauzeri oldu


29 dekabr 2009. Müəllif: krik
Firefox 3.5 dünyanın ən populyar brauzeri oldu

Mozilla Firefox 3.5 dünyanın ən populyar brauzeri olub. StatCounter saytının topladığı statistik məlumatlara əsasən, Firefox 3.5 istifadə səviyyəsinə görə bundan əvvəl liderlər olan Internet Explorer 7 və 8 brauzerlərini geridə qoyub.
Bu cür nəticə StatCounter servisi tərəfindən üç milyon saytdan alınmış məlumatlar əsasında aparılmış araşdırmadan sonra əldə olunub. Firefox-un sonuncu versiyası və Internet Explorer-in hər iki versiyalarına təxminən eyni sayda istifadəçi tərəfindən üstünlük verilir - bütün auditoriyanın 20 faizindən bir qədər çox, lakin Firefox-un istifadəyə verildiyi gündən bu ana kimi bu brauzer ilk dəfədir ki birinci yeri tutub.
Bununla yanaşı əgər IE-in hər iki versiyalarının istifadəçi sayını toplasaq vəziyyətin əvvəlki kimi olduğunu görərik. Bu rəqəm Firefox istifadəçilərinin sayından düz iki dəfə çoxdur. Net Applications şirkətinin məlumatına əsasən isə, cari ilin noyabr ayında dünya üzrə brauzerlər bazarında Firefox-un payı 25 faizdən çox olub.