www.nice.az > Xəbərlər > ABŞ-da Şuşaya həsr olunan marka buraxılıb
ABŞ-da Şuşaya həsr olunan marka buraxılıb29 dekabr 2009. Müəllif: krik |
![]() ![]() ![]() ![]() ![]() Marka Şuşanın 1751-ci ildə əsasının qoyulmasına həsr edilib ABŞ-da Şuşaya həsr olunmuş poçt markası və üzərində azərbaycanının bayrağı və gerbi olan maykalar buraxılıb. APA-nın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilib. Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti buraxılmış markanın çox populyar olduğunu bildirib. Bayram günlərində markanın qiyməti 18.95 dollar olub, onun adi qiyməti isə 4,5 dollara yaxındır. Poçt Xidmətinin rəsmisi APA-nın Vaşinqtondakı müxbirinə bildirib ki, marka amerikalı azərbaycanlılar tərəfindən hazırlanıb, amma onun alıcıları arasında başqa millətlərin nümayəndələri də çoxdur.Həmçinin zazzle.com saytındada satışa çıxarılıb. |