www.nice.az > Xəbərlər > Yaponlar subay qadınlar üçün yeni çarə tapıb
Yaponlar subay qadınlar üçün yeni çarə tapıb29 dekabr 2009. Müəllif: NiXaTo |
![]() Yaponlar subay qadınlar üçün yeni çarə tapıb Evlənmək vaxtını göstərən alt paltarı hazırlanıb Yaponiyanın alt paltarları istehsal edən firmalarından biri qadınlar üçün əlverişli geyim hazırlayıb. “Triumph†şirkətinin hazırladığı məhsul “kişi ovlayan paltar†adlanır. Ölkədə çox sayda orta yaşlı və subay qadın olduğunu nəzərə alan şirkətin yeni məhsulu qadınlara artıq ailə qurmaq vaxtının gəldiyini xatırladır. Belə ki, paltarın üzərinə yerləşdirilən üzük evlənmə vaxtının gəldiyini göstərmək üçün rəngini dəyişir. Alt paltarının üstündəki sayğac isə qarşılıqlı münasibətlərin başlamasından etibarən işə düşür. Müəyyən bir vaxtdan sonra isə sayğac evlənmək vaxtının gəldiyi barədə xəbərdarlıq etməyə başlayır. Şirkət rəsmiləri ölkədə qadınların evlənmə yaşının artığını və bu yolla onlara kömək istədiklərini bildiriblər. |