www.nice.az > Xəbərlər > Qadın idmançı ştanq qaldırarkən doğdu

Qadın idmançı ştanq qaldırarkən doğdu


25 dekabr 2009. Müəllif: krik
Qadın idmançı ştanq qaldırarkən doğdu

Çilinın qadın ağırlıqqaldıranı Elizabet Poblete məşq vaxtı özü də gözləmədən doğub.Nice.az-ın "The Guardian" nəşrinə istinadən verdiyi məlumata görə, 22 yaşlı idmançı ştanqla hərəkətlərdən birini yerinə yetirərkən, oğlan uşağı dünyaya gətirib.
Poblete bundan xeyli təəccübləndiyini etiraf edib. O, bildirib ki, doğuş öncəsi son həftə ərzində özünü pis hiss edib.Oğlan uşağı qoyulmuş vaxtdan 3 ay tez doğulub. Hazırda o, Braziliyanın San-Paulu şəhərindəki klinikanın intensiv terapiya palatasındadır.Məhz San-Pauluda məşq edərkən doğan Poblete isə artıq xəstəxananı tərk edib. Ağırlıqqaldıran müalicə haqqını ödəməyə pulunun olmadığını açıqlayıb.