www.nice.az > Xəbərlər > Hakerlər banka hücum etdi

Hakerlər banka hücum etdi


24 dekabr 2009. Müəllif: saki_18
Hakerlər banka hücum etdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Federal Təhqiqatlar Bürosu (FTB) dünyanın iri holdinqlərindən biri olan “Citigroup”a məxsus “Citibank”da böyük bir cinayətin izinə düşüb. “The Wall Street Journal”ın məlumatına görə, rusiyalı hakerlər bankdan milyonlarla dollar oğurlayıb.

Hazırda FTB hakerlərin “Citibank” sistemindən oğurladıqları pulu üçüncü şəxslər tərəfindən çıxarılıb-çıxarılmadığını araşdırır. Amma bu, rus hakerlərinin yeganə cinayəti deyil. Hakerlər həmçinin iki hüquqi şəxsin hesabına da hücum edib. Bunlardan biri ABŞ hökuməti nümayəndəsinin hesabıdır.