www.nice.az > Xəbərlər > Futbol tarixində görünməmiş cəza
Futbol tarixində görünməmiş cəza24 dekabr 2009. Müəllif: _ZAZA_ |
Verilən məlumata görə, bu cəza ölkə çempionatının A Seriyasını tərk edən "Koritiba" klubuna verilib. Buna səbəb isə azarkeşlərin davranışları olub. ![]() Belə ki, 6 dekabrda, A Seriyasının 38-ci turunda keçirilən "Koritiba" - "Fluminense" matçı birincilərin B Seriyasına düşməsi ilə nəticələnib. 38-ci tura 44 xalla 17-ci pillədə daxil olan "Koritiba" özündən bir xal və bir pillə öndə olan "Fluminense"ni yenəcəyi halda, A Seriyasındakı yerini qoruyacaqdı. Amma matç 1:1 hesabı ilə bitir və "Koritiba" B Seriyasına yuvarlanır. Hər şey də bundan sonra başlayır. Komandalarının taleyi ilə barışmayan və bunu qəbul edə bilməyən yerli azarkeşlər meydana daxil olaraq, rəqib oyunçulara və kameralara zərər verir. Stadion əməlli-başlı savaş meydanına çevirilir. ![]() Olaydan sonra araşdırmalara başlayan Braziliya Futbol Federasiyası axır ki, qərarını açıqlayıb. Qərara əsasən "Koritiba" baş verənlərə görə, təxminən 240.000 avro dəyərində cərimə ödəyəcək. bu son deyil. Federasiya komandanın 30 oyun azarkeşsiz oynamaq cəzasına da məhkum edib. ![]() |