www.nice.az > Xəbərlər > Ağac adam budaqlandı
Ağac adam budaqlandı22 dekabr 2009. Müəllif: krik |
![]() Avqust ayında keçirdiyi əməliyyatla bədənindən 6 kilo ağırlığında ziyil kəsilən Dədə Kosvara, nəzarət altında saxlanmaq şərtilə xəstəxanadan evə buraxılmışdı. Dədə, “qoparılan ziyillər evə gələndən sonra yenidən çıxmağa başlayıb. Bir ara balıq tuta, mobil telefondan istifadə edə bilirdim amma indi bunları yenidən etmək üçün köməyə ehtiyacım var.†deyib. Amerikalı bir həkim, ziyillərin şiddətli insan pappiloma virusu xəstəliyi olduğunu və xəstəliyin həyati bir təhlükə yaratmadığını söyləyib.Həkimlər Dədədə olan bu xəstəliyin dünyada indiyə qədər rast gəlinən ən pis növ olduğunu bildiriblər. İndoneziyalı bir həkim, Dədənin ziyillərinin yenidən alınması üçün yaxın zamanda onu yenidən əməliyyat edəcəklərini söyləyib. 37 yaşlı Dədə, ziyillərin ilk dəfə 10 yaşında olarkən dizini kəsdikdən sonra çıxmağa başladığını söyləyib. Getdikcə buynuz kimi çıxıntılar bütün bədənini bürüməyə başladıqda isə işindən qovulub. Daha sonra həyat yoldaşı onu tərk edib və qonşuları tərəfindən uzaqlaşdırılıb. Dədənin iki övladı var. Televiziya kanalı Discovery Chanel Dədənin xəstəliyindən və həyatından bəhs edən sənədli film çəkib. |