www.nice.az > Xəbərlər > İlk ürək köçürmə əməliyyatından 42 il keçir
İlk ürək köçürmə əməliyyatından 42 il keçir3 dekabr 2009. Müəllif: XP |
![]() 1967-ci il, dekabrın 3-də ilk ürək köçürmə əməliyyatı keçirilib. Maraqlıdır məhz o gündən insan oğlu orqanizmindəki ən vacib orqanı dəyişdirə bilib. Birləşmiş Ştatlar və Avropa, transplantasiyanın hüquqi tərəfi üzərində iş apardığı bir vaxtda, Cənubi Afrikada keçirilən ilk ürəkköçürmə əməliyyatı uğurla nəticələnib. 42 il əvvəl tibb elmində inqilab edənsə, əslən cənubi afrikalı, professor Kristian Barnarddır. O, yol qəzasında başından ölümcül yaralanmış 25 yaşlı qadının ürəyini 55 yaşlı xəstəyə köçürüb. Milyonlarla insanda ümid işığı yandıran bu əməliyyat Afrikanın Keyptaun əyalətinin Qrut Şut hospitalında aparılıb. Tibbdə belə dönüş bir çox cərrahları ruhlandırıb. Bir il ərzində 107 mərkəzdə ürəkköçürmə əməliyyatı keçirilib. Türkiyədə analoji təcrübə 1968-ci ilin noyabrında qeydə alınıb. Artıq dünya təcrübəsində süni ürək transplantasiyası da geniş yayılıb. Ölkəmizdə belə əməliyyat ötən il aparılıb. |