www.nice.az > Xəbərlər > Buşa atılan çəkməyə abidə qoyulub
Buşa atılan çəkməyə abidə qoyulub10 dekabr 2009. Müəllif: xansuagdash |
![]() ![]() ![]() İraqlı jurnalist Müntəzir əz-Zeydinin ABŞ prezidenti Corc Buşa atdığı çəkməyə abidə qoyulub. Lent.az-ın “Reuters†agentliyinə istinadən verdiyi məlumata görə, abidə İraqın keçmiş lideri Səddam Hüseynin doğulduğu Tikrit şəhərində qurulub. Monument içində ağac bitən nəhəng çəkmədən ibarətdir. Abidənin ümumi hündürlüyü 3 metrə bərabərdir. Postamentdə jurnalistin “qəhrəmanlığıâ€na həsr edilən yazı var. 1,5 tonluq abidəni heykəltəraş Lait əl-Əmiri yaradıb. Yerli sakinlər abidəyə “şərəf və şöhrət monumenti†adı veriblər. Əl-Laiti bildirib ki, abidənin yaradılmasını siyasi addım kimi dəyərləndirməyə ehtiyac yoxdur: “Bu, bütün iraqlıların jurnalistin atdığı addımla bağlı fərəh mənbəyidirâ€. Abidənin açılışına Tikritin 400 sakini yığışıb. Monument Amerikanın İraqa hücumu nəticəsində valideynləri ölən iraqlı uşaqlara yardım fondunun binası yaxınlığında qurulub. |