www.nice.az > Xəbərlər > Qubada gəlin toy günü özünü asdı

Qubada gəlin toy günü özünü asdı


29 noyabr 2009. Müəllif: saki_18
Qubada gəlin toy günü özünü asdı

Qubada səhər dünən saat 08:05 radələrində faciə baş verib. Belə ki, qızlarını ərə verəcək valideynlər onu heyvandarlıq fermasının dəmir çardağında özünü asmış vəziyyətdə tapıblar.

Quba rayon Prokurorluğunun müstəntiqi Zamin Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, intihar edən qız Susay kəndində qeydiyyatda olan 1994-cü il təvəllüdlü Bənövşə Fərid qızı Fərzəliyevadır.

Müstəntiqin bildirdiyinə görə, 15 yaşlı qız valideynlərinin onu sevdiyi şəxsə deyil, başqa birinə ərə vermələri səbəbindən intihar edib.

Qeyd edək ki, qız toyu noyabrın 25-də baş tutub.